“Liverpul”un çempionluq paradında xəsarət alanların sayı bəlli olub

Xəbərlər
27 May 2025 15:25
74
“Liverpul”un çempionluq paradında xəsarət alanların sayı bəlli olub

“Liverpul”un çempionluq paradında baş verən yol qəzası nəticəsində xəsarət alanların sayının təxminən 50 nəfər olduğu bildirilir.

İdman.biz xəbər verir ki, “qırmızılar”ın fanatlarının şənliyi zamanı avtomobil piyadaları vurub.

Hadisə ilə bağlı bir nəfər saxlanılıb. Tezliklə polis şübhəlinin 53 yaşlı ağdərili britaniyalı olduğunu açıqlayıb.

Təcili yardım xidmətinin məlumatına görə, 27 nəfər xəstəxanaya çatdırılıb, onlardan ikisi – biri uşaq olmaqla – ciddi xəsarət alıb. Daha 20 nəfərə hadisə yerində tibbi yardım göstərilib. Xəsarət alanlar arasında dörd uşaq da var.

Polis hadisəni terror aktı kimi qiymətləndirmir.

İdman.biz

Məqalədə: