Dünya çempionatı: 1/8 finalda millimizin rəqibi son çempion olacaq

Xəbərlər
26 May 2025 23:31
157
Dünya çempionatı: 1/8 finalda millimizin rəqibi son çempion olacaq

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında pley-offun bütün iştirakçıları bəlli olub.

İdman.biz xəbər verir ki, A qrupunu lider başa vuran millimizin rəqibi Rumıniya olacaq.

İlk və son dünya çempionları ilə oyun sabah saat 20:30-da start götürəcək. Rumınlar həm də son qitə çempionatının finalçısıdırlar.

Avropa çempionu Serbiyanın rəqibi isə Gürcüstan olacaq.

Mərhələnin 4 oyunu sabah, digər 4 matçı isə ayın 28-də keçiriləcək.

Dünya çempionatı
1/8 final
27 may

17:30. İngiltərə - Boqlarıstan
19:00. Portuqaliya - Macarıstan
20:30. Azərbaycan - Rumıniya
22:00. Fransa - Mavritaniya
27 may
17:30. Monteneqro - Polşa
19:00. Bosniya və Herseqovina - Tailand
20:30. Çexiya - İsrail
22:00. Serbiya - Gürcüstan

İdman.biz