Xabi Alonso "Real"ın yeni baş məşqçisi vəzifəsinə təyinatı rəsmiləşib.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
43 yaşlı ispan mütəxəssislə artıq müqavilə imzalanıb. O, komandanı 2028-ci ilin yayına qədər çalışdıracaq. Müqavilə 2025-ci il iyunun 1-dən qüvvəyə minəcək.
Bir müddət əvvəl La Liqa nəhəngi Karlo Ançelotti ilə yollarını ayırıb.
Qeyd edək ki, Xabi Alonso 2022-ci ilin oktyabr ayından "Bayer"in baş məşqçisi vəzivəsində çalışıb. Leverkuzen təmsilçisi Alonsonun rəhbərliyi altında ötən il Almaniya çempionu olub.
İdman.biz