Lionel Messi karyerasının ən gözəl qolunu açıqlayıb - VİDEO

Xəbərlər
22 May 2025 21:13
31
Lionel Messi karyerasının ən gözəl qolunu açıqlayıb - VİDEO

Argentinalı ulduz Lionel Messi "Barselona"nın heyətində vurduğu ən gözəl qolu açıqlayıb.

İdman.biz xəbər verir ki, o, Çempionlar Liqasında 2008/2009 mövsümünün finalında "Mançester Yunayted"lə görüşdə vurulan topu fərqləndirib.

2:0 hesabı ilə yekunlaşan qarşılaşmanın 70-ci dəqiqəsində Messi başı ilə ikinci qolu Edvin van der Sarın qoruduğu qapıdan keçirib. "Mən çox qollar vurmuşam. Onlar arasında dəyərli və vacibləri var. Amma Çempionlar Liqasında "Mançester Yunayted"in qapısından keçirdiyim qol mənim üçün həmişə ən sevimli olub".

Qeyd edək ki, Lionel Messi 2004-2021-ci illərdə "Barselona"nın şərəfini qoruyub.

İdman.biz