Dünya çempionatı: Azərbaycan Mavritaniya ilə üz-üzə

Xəbərlər
25 May 2025 09:14
65
Dünya çempionatı: Azərbaycan Mavritaniya ilə üz-üzə

Bu gün minifutbol üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının qrup mərhələsində üçüncü oyununa çıxacaq.

İdman.biz xəbər verir ki, Milli Gimnastika Arenasında yığmamız Mavritaniya ilə qarşılaşacaq.

Komandamız ilk turda Bəhreynlə heç-heçə edib (1:1), daha sonra Sloveniyanı məğlub edib (4:0). Mavritaniyalılar da sloveniyalılarla heç-heçə edib (1:1), Bəhreynə qalib gəlib (2:0).

Futzal üzrə dünya çempionatı
Qrup mərhələsi
3-cü tur
25 may
A qrupu

19:30.Azərbaycan – Mavritaniya

1

Azərbaycan

2

1

1

0

5-1

4

2

Mavritaniya

2

1

1

0

3-1

4

3

Bəhreyn

2

0

1

1

1-3

1

4

Sloveniya

2

0

1

1

1-5

1

Qeyd edək ki, Azərbaycan millisi oyuna bu heyətlə çıxacaq: Ağaseid Qasımov, Vəli Qafarov - Samir Qəmzəyev, Vüsal İsayev, Rəvan Kərimov, Xətai Bağırov, Mirmehti Rzayev, Müseyib Vəliyev, Təmkin Xəlilzadə, Eşqin Tağıyev, Kamran Qürbətov, Mirkamil Əliyev, Taleh Babayev, Kamran Abdullazadə, Elvin Çoməd Əlizadə, Ramiz Çoməd Əlizadə.

İdman.biz