Avropa Liqasının finalında "Mançester Yunayted"ə 1:0 hesabı ilə qalib gələn "Tottenhem" yalnız kubok deyil, həm də Çempionlar Liqasına vəsiqə qazanıb.
İdman.biz xəbər verir ki, artıq növbəti mövsümdə UEFA-nın əsas klub turnirində liqa mərhələsində çıxış edəcək 24 komandanın adı məlum olub.
2025/26 mövsümündə Çempionlar Liqasının iştirakçıları:
İngiltərə: "Tottenhem", "Liverpul", "Arsenal"
İtaliya: "Napoli", "İnter", "Atalanta"
İspaniya: "Barselona", "Real", "Atletiko", "Atletik", "Vilyarreal"
Almaniya: "Bavariya", "Bayer", "Ayntraxt", "Borussiya Dortmund"
Fransa: "PSJ", "Marsel", "Monako"
Niderland: PSV, "Ayaks"
Portuqaliya: "Sportinq"
Türkiyə: "Qalatasaray"
Çexiya: "Slaviya"
İdman.biz