"İki tur bundan qabaq Premyer Liqada düşməyimiz rəsmiləşmişdi. Bu durumda oyunçuları matça kökləmək çətin idi. Nə qədər danışdıq, amma futbolçu psixologiyasıdır.
İdman.biz xəbər verir ki, bunu "Səbail"in məşqçisi Elvin Məmmədov Misli Premyer Liqasının 35-ci turunda "Neftçi" ilə oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, "Neftçi"nin də 5-ci yerə şansı olduğundan onlara qarşı aqressiv oynayacaqları məlum idi: "Bir oyunumuz qalıb. Onu düşünürük".
Elvin Məmmədov diqqətə çatdırıb ki, yenidən "Səbail" iddialı olub, birinci liqadan Premyer Liqaya yüksəlmək üçün hər şeyi edəcək: "İndi danışmaq tezdir. Danışıq olmayıb. Rəhbərliklə fikirlərimiz üst-üstə düşür ki, Premyer Liqaya geri qayıdaq. Amma maliyyə məsələsi var. Çempionat bitdikdən sonra ətraflı danışacağıq. Xeyirdirsə, o yolda davam edəcəyik".
İdman.biz