Çempionlar Liqasının Liqa mərhələsinin daha bir iştirakçısı bəlli olub.
İdman.biz xəbər verir ki, “Atletik” qitənin ən nüfuzlu klub turnirinə vəsiqə qazanıb.
Bilbao təmsilçisi buna La Liqanın XXXVI turunda nail olub. “Xetafe”yə 2:0 hesabı ilə qalib gələn Ernesto Valverdenin yetirmələri mövsümün sonuna 2 tur qalmış ilk “beşlik”də yerini təmin edib.
Komanda 11 ildən sonra Çempionlar Liqasında mübarizə aparacaq. “Atletik” sonuncu dəfə 2014/15 mövsümündə bu turnirdə iştirak edib.
Qeyd edək ki, 67 xala malik bilbaolular turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
İdman.biz