“Real”ın dünyada 236-cı olduğu SİYAHI

Xəbərlər
15 May 2025 17:47
39
“Real”ın dünyada 236-cı olduğu SİYAHI

Son 5 mövsümdə müdafiəçi transferlərinə ən çox vəsait xərcləyən klublar bəlli olub.

İdman.biz xəbər verir ki, siyahıya İngiltərə klubları başçılıq edir.

İlk 5 pillədə Premyer Liqa təmsilçiləri qərarlaşıb. “Çelsi” müdafiəçilər üçün hamıdan çox xərcə düşüb.

“Çelsi” – 391,4 milyon avro, 13 müdafiəçi
“Tottenhem” – 358,1 milyon avro, 18 müdafiəçi
“Mançester Siti” – 320,4 milyon avro, 9 müdafiəçi
“Mançester Yunayted” – 281,2 milyon avro, 12 müdafiəçi
“Arsenal” – 258,4 milyon avro, 11 müdafiəçi

“Real” dünyada 236-cı yerdə qərarlaşıb. İspaniya nəhəngi müdafiəçilərə cəmi 5 milyon avro xərcləyib.

Bu 5 milyon 2023-cü ildə Fran Qarsiya üçün ödənilib. Digər iki müdafiəçi keçidi pulsuz başa gəlib. Antonio Rudiger və David Alaba azad agent kimi heyətə qatılıb.

Qeyd edək ki, bu yay Trent Alerksander-Arnold da azad agent kimi “Real”a qoşulacaq.

İdman.biz