“Liverpul”un Ceremi Frimponq planı

13 May 2025 09:19
324
“Liverpul”un Ceremi Frimponq planı

“Liverpul” müdafiəçisi Trent Aleksander-Arnolda əvəzləyici tapıb.

İdman.biz xəbər verir ki, İngiltərə klubu Ceremi Frimponqu transfer etməyə qərar verib.

24 yaşlı futbolçunun “Bayer”dən transferi ilə bağlı işlərə start verilib. “Liverpul” onu 35-40 milyon avroya almağı planlaşdırır.

Qeyd edək ki, Trent yayda “Real”a keçəcək.

İdman.biz