“Qarabağ” UEFA reytinqində neçəncidir?

Xəbərlər
9 May 2025 17:27
65
“Qarabağ” UEFA reytinqində neçəncidir?

Avrokubokların yarımfinal mərhələsindən sonra klubların UEFA reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, Azərbaycanın 7 komandası cədvəldə yer alıb.

Ölkə çempionu “Qarabağ”ın 69-cu yerdə qərarlaşıb. Qurban Qurbanovun komandasının hesabında 32,000 xal var.

“Neftçi” 8,000 xalla 181-ci yerə şərikdir. Digər klublarımız – “Zirə”, “Sabah”, “Sumqayıt” 4,000 xalla 318-ci, “Qəbələ” və “Şamaxı” 3,925 xalla 337-ci yeri bölüşənlər arasındadır.

Qeyd edək ki, siyahıya 143,500 xala malik “Real” başçılıq edir.

İdman.biz