Bir neçə gün əvvəl İFFHS “Böyük beşlik” liqalarının səfərdəki ən uzun məğlubiyyətsizlik seriyalarını (https://www.idman.biz/az/news/football/76318) açıqlayıb. Siyahıda ən azı ardıcıl 25 matçda rəqib meydanında xal qazanan Avropa nəhəngləri yer alıblar.
İdman.biz Azərbaycan çempionatlarının tarixinə baxış keçirib və analoji baxımdan fərqlənənləri müəyyənləşdirib.
PSJ-nin 39 oyunla başçılıq etdiyi İFFHS-in cədvəlində minimum 25 matçlıq seriyalar var ki, Azərbaycanda bunu bacaran olmayıb. Yəni, ölkəmiz “Böyük beşlik”də olsaydı və ya İFFHS 5 liqa deyil, bütün Avropanı əhatə edən siyahı açıqlasaydı, klublarımız ora düşməyəcəkdi. Bəs bizim rekordçular kimdir?
“Qarabağ”dan mütləq rekord
Azərbaycan rekordu bir müddət əvvəl rəsmiləşib. 2023-cü ilin aprelində “Qarabağ”ın rəqib meydanlarındakı hegemonluğu sona çatıb. Qurban Qurbanovun yetirmələri ardıcıl 24 səfərdə xal qazanıblar. Bu müddətdə 20 qələbə qazanan komanda 4 heç-heçə edib. Təxminən 18 ay sürən seriya “Səbail”ə məğlubiyyətdən sonra başlayıb və “Sabah”a uduzanadək sürüb. Bu seriyanı PSJ-nin “Böyük beşlik” rekordundan 15 görüş ayırır.
|
25.10.2021 |
Səbail - Qarabağ |
3:1 |
|
07.11.2021 |
Sumqayıt - Qarabağ |
0:4 |
|
29.11.2021 |
Qəbələ - Qarabağ |
0:0 |
|
07.02.2022 |
Neftçi - Qarabağ |
1:2 |
|
28.02.2022 |
Keşlə - Qarabağ |
0:0 |
|
12.03.2022 |
Sabah - Qarabağ |
0:1 |
|
19.03.2022 |
Zirə - Qarabağ |
0:3 |
|
10.04.2022 |
Sumqayıt - Qarabağ |
0:3 |
|
24.04.2022 |
Qəbələ - Qarabağ |
0:2 |
|
15.05.2022 |
Səbail - Qarabağ |
0:3 |
|
13.08.2022 |
Sumqayıt - Qarabağ |
0:2 |
|
01.09.2022 |
Kəpəz - Qarabağ |
0:1 |
|
18.09.2022 |
Zirə - Qarabağ |
1:7 |
|
09.10.2022 |
Qəbələ - Qarabağ |
0:1 |
|
30.10.2022 |
Şamaxı - Qarabağ |
0:4 |
|
09.11.2022 |
Turan Tovuz - Qarabağ |
0:2 |
|
13.11.2022 |
Sabah - Qarabağ |
0:0 |
|
02.12.2022 |
Neftçi - Qarabağ |
0:4 |
|
24.12.2022 |
Səbail - Qarabağ |
0:3 |
|
25.01.2023 |
Turan Tovuz - Qarabağ |
2:3 |
|
04.02.2023 |
Kəpəz - Qarabağ |
1:1 |
|
19.02.2023 |
Zirə - Qarabağ |
0:1 |
|
05.03.2023 |
Qəbələ - Qarabağ |
1:3 |
|
15.03.2023 |
Sumqayıt - Qarabağ |
0:6 |
|
02.04.2023 |
Şamaxı - Qarabağ |
0:1 |
|
16.04.2023 |
Sabah - Qarabağ |
2:1 |
21 ildən çox duruş gətirən “Şəmkir”
“Qarabağ”ın 2 il əvvəl yenilədiyi rekorda qədər ən yaxşı göstərici “Şəmkir”ə məxsus idi. Qərblilər əsrlərin qovşağında 1999-2001-ci illərdə meydan sahiblərinə qələbə sevinci bəxş etməyib. Şəmkirlilər ardıcıl 23 belə matç keçiriblər. Qərb təmsilçisi 15 dəfə səfərdən qalib ayrılıbsa, 8 dəfə heç-heçə edib. “Qarabağ”a məğlubiyyətdən sonra başlayan həmin seriyanı 21 ildən artıq vaxt keçdikdən sonra məhz Ağdam təmsilçisi geridə qoyub.
|
22.05.1999 |
Qarabağ - Şəmkir |
1:0 |
|
07.11.1999 |
Kəpəz - Şəmkir |
0:0 |
|
21.11.1999 |
Qarabağ - Şəmkir |
1:5 |
|
05.12.1999 |
Neftçi - Şəmkir |
0:0 |
|
26.02.2000 |
ANS Pivani - Şəmkir |
0:3 |
|
11.03.2000 |
OİK - Şəmkir |
0:3 |
|
19.03.2000 |
Dinamo - Şəmkir |
0:2 |
|
01.04.2000 |
Xəzər Universiteti - Şəmkir |
0:2 |
|
15.04.2000 |
Şəfa - Şəmkir |
0:2 |
|
29.04.2000 |
Viləş - Şəmkir |
1:3 |
|
07.05.2000 |
Kimyaçı S - Şəmkir |
0:0 |
|
14.05.2000 |
Turan - Şəmkir |
3:3 |
|
13.08.2000 |
Şəfa - Şəmkir |
1:4 |
|
10.09.2000 |
Xəzər Universiteti - Şəmkir |
2:2 |
|
14.10.2000 |
Dinamo-Bakılı - Şəmkir |
1:4 |
|
28.10.2000 |
Neftçi - Şəmkir |
1:1 |
|
12.11.2000 |
Araz-Naxçıvan - Şəmkir |
1:5 |
|
04.03.2001 |
Viləş - Şəmkir |
1:1 |
|
12.03.2001 |
Kəpəz - Şəmkir |
0:3 |
|
06.04.2001 |
Qarabağ - Şəmkir |
0:1 |
|
29.04.2001 |
Turan - Şəmkir |
1:2 |
|
26.08.2001 |
Kəpəz - Şəmkir |
2:3 |
|
17.09.2001 |
Neftçi - Şəmkir |
0:1 |
|
29.09.2001 |
Ümid - Şəmkir |
1:1 |
|
22.10.2001 |
Şəfa - Şəmkir |
3:2 |
Tovuzdan Tovuza qədər
Tarixin 3-cü ən uzun səfər məğlubiyyətsizliyi “Kəpəz”ə məxsusdur. Gəncə klubu uzaq 1993-95-ci illərdə ardıcıl 18 dəfə rəqib meydanında xal qazanıb. Bu seriya "Turan"a məğlubiyyətdən sonra başlayıb, elə Tovuz təmsilçisinə yenilgi ilə də başa çatıb. Həmin dövrdə 10 qələbə qazanan “Kəpəz” 8 heç-heçə edib.
|
21.10.1993 |
Turan - Kəpəz |
3:1 |
|
06.11.1993 |
Şahdağ - Kəpəz |
1:2 |
|
20.11.1993 |
Azəri - Kəpəz |
1:1 |
|
04.12.1993 |
Pambıqçı B - Kəpəz |
1:3 |
|
12.12.1993 |
Viləş - Kəpəz |
0:0 |
|
27.02.1994 |
Kürmük - Kəpəz |
0:4 |
|
13.03.1994 |
Xəzri-Eltac - Kəpəz |
1:1 |
|
03.04.1994 |
Xəzər S - Kəpəz |
1:1 |
|
09.04.1994 |
Avtomobilçi - Kəpəz |
0:4 |
|
29.04.1994 |
Xəzər L - Kəpəz |
1:1 |
|
05.05.1994 |
İnşaatçı B - Kəpəz |
1:2 |
|
28.08.1994 |
Xəzri - Kəpəz |
1:1 |
|
18.09.1994 |
Bakı fəhləsi - Kəpəz |
1:1 |
|
30.10.1994 |
İnşaatçı B - Kəpəz |
0:1 |
|
20.11.1994 |
Xəzər S - Kəpəz |
0:3 |
|
23.11.1994 |
Neftçi - Kəpəz |
0:0 |
|
05.03.1995 |
Kür-Nur - Kəpəz |
2:4 |
|
08.04.1995 |
Qarabağ - Kəpəz |
0:2 |
|
18.04.1995 |
Pambıqçı N - Kəpəz |
0:2 |
|
07.05.1995 |
Turan - Kəpəz |
1:0 |
“Qarabağ”dan het-trik
Ən uzun 5 seriyadan üçü “Qarabağ”ın hesabındadır. 24 matçlıq seriyanın sahibi olan Ağdam klubu 2019-21-ci illərdə ardıcıl 17 səfərdə xal qazanıb. “Sumqayıt”a məğlubiyyətdən sonra 9 qələbə və 8 heç-heçəsi olan Qurban Qurbanovun komandasının seriyası “Neftçi”yə uduzanda qırılıb.
|
22.11.2019 |
Sumqayıt - Qarabağ |
2:1 |
|
02.12.2019 |
Sabah - Qarabağ |
0:1 |
|
02.02.2020 |
Səbail - Qarabağ |
0:1 |
|
15.02.2020 |
Zirə - Qarabağ |
0:6 |
|
08.03.2020 |
Keşlə - Qarabağ |
0:2 |
|
11.09.2020 |
Keşlə - Qarabağ |
0:0 |
|
25.09.2020 |
Sumqayıt - Qarabağ |
2:2 |
|
25.10.2020 |
Zirə - Qarabağ |
0:0 |
|
08.11.2020 |
Neftçi - Qarabağ |
0:6 |
|
29.11.2020 |
Səbail - Qarabağ |
1:1 |
|
20.12.2020 |
Qəbələ - Qarabağ |
1:1 |
|
21.01.2021 |
Sabah - Qarabağ |
1:2 |
|
19.02.2021 |
Sumqayıt - Qarabağ |
0:0 |
|
09.03.2021 |
Zirə - Qarabağ |
0:2 |
|
04.04.2021 |
Keşlə - Qarabağ |
1:1 |
|
16.04.2021 |
Səbail - Qarabağ |
1:1 |
|
25.04.2021 |
Qəbələ - Qarabağ |
0:5 |
|
09.05.2021 |
Sabah - Qarabağ |
0:4 |
|
19.05.2021 |
Neftçi - Qarabağ |
1:0 |
Yenə “Neftçi” və “Sumqayıt”
“Top-5”də sonuncu seriya da “Qarabağ”a məxsusdur. 16 matçlıq məğlubiyyətsizlik də “Neftçi” və “Sumqayıt”la bağlıdır. Bakılılara uduzduqdan sonra başlayan seriya sumqayıtlılarla görüşdə bitib. 2018-19-cu illərdə Ağdam klubu 12 qələbə qazanıb və 4 bərabərliyə imza atıb.
|
28.10.2018 |
Neftçi - Qarabağ |
3:1 |
|
31.10.2018 |
Keşlə - Qarabağ |
1:1 |
|
11.11.2018 |
Qəbələ - Qarabağ |
1:3 |
|
09.12.2018 |
Zirə - Qarabağ |
0:6 |
|
09.02.2019 |
Sumqayıt - Qarabağ |
0:2 |
|
23.02.2019 |
Sabah - Qarabağ |
1:1 |
|
03.03.2019 |
Keşlə - Qarabağ |
0:1 |
|
15.03.2019 |
Səbail - Qarabağ |
1:2 |
|
01.04.2019 |
Sumqayıt - Qarabağ |
0:6 |
|
07.04.2019 |
Qəbələ - Qarabağ |
1:2 |
|
27.04.2019 |
Zirə - Qarabağ |
0:3 |
|
11.05.2019 |
Neftçi - Qarabağ |
2:3 |
|
16.08.2019 |
Keşlə - Qarabağ |
0:1 |
|
01.09.2019 |
Səbail - Qarabağ |
0:4 |
|
23.09.2019 |
Zirə - Qarabağ |
1:3 |
|
19.10.2019 |
Qəbələ - Qarabağ |
1:1 |
|
01.11.2019 |
Neftçi - Qarabağ |
0:0 |
|
22.11.2019 |
Sumqayıt - Qarabağ |
2:1 |
Qeyd edək ki, cari mövsümdə ən az səfər məğlubiyyəti alan komanda da “Qarabağ”dır. Yeganə məğlubiyyətini “Zirə”dən alan (2:3) Qurbanovun yetirmələrinin 11 matçlıq seriyası həmin görüşdə qırılıb.
Vüqar Xeyrullayev
İdman.biz
