Mahir Emrelinin yeni klubu – bu dəfə Bundesliqada

Xəbərlər
7 May 2025 17:17
162
Mahir Emrelinin yeni klubu – bu dəfə Bundesliqada

Azərbaycan yığmasının üzvü Mahir Emreli yayda Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Nürnberq”dən ayrılacaq. Bu barədə ötən gün klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, onunla başa çatan müqavilə yenilənməyəcək.

İdman.biz Futbolinfo.az-a istinadən xəbər verir ki, Mahir Almaniyadan ayrılmayacaq.

Onun “Nürnberq”dən ayrılmasının səbəbi də daha güclü klubda oynamaq istəyi ilə bağlıdır. Çünki onun xidmətində bu ölkənin başqa təmsilçisi maraqlıdır. Bundesliqa təmsilçisi “Sankt-Pauli” forvardı transfer etmək istəyir. Lakin bunun üçün onlar əvvəlcə əsas liqada qalmağı təmin etməlidirlər. Bundesliqa klubu hazırda turnir cədvəlində 14-cü pillədədir və düşmə zonasından cəmi 5 xal irəlidədir.

Mahir Emreli də qərarını buna görə verəcək. Futbolçu Hamburq təmsilçisinin liqada qalması halında onlarla müqavilə imzalayacaq.

Digər məlumata görə, Almaniyanın başqa bir Bundesliqa təmsilçisi də Mahirlə danışıqlar aparır. Lakin millimizin üzvü mövsümün sonunda qərarını verəcək.

İdman.biz