AFFA-dan klublara CƏZA

Xəbərlər
7 May 2025 11:58
39
AFFA-dan klublara CƏZA

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İdman.biz xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasında XXXIII turunda baş verənlər müzakirə olunub.

“Turan Tovuz”la oyunda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan “Zirə”nin futbolçusu Qismət Alıyev 2 matçlıq cəzalanıb. Klub 1500 manat cərimələnib.

4 futbolçusu sarı vərəqə alan “Turan Tovuz” 700 manat ziyana düşüb.

“Araz-Naxçıvan”la qarşılaşmada “Sabah”ın 4 futbolçusu sarı vərəqə aldığı klub 700 manat cərimə edilib.

“Neftçi” futbolçusu Elvin Camalov “Kəpəz”lə qarşılaşmada ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. Klub 1500 manat cərimələnib.

İdman.biz