"Azər Bağırovun baş məşqçi kimi "Kəpəz"də qalmasını istəyirəm".
İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında veteran futbolçu Vidadi Rzayev deyib.
Veteran futbolçu Mirça Rednikin Gəncə klubunun baş məşqçi postuna dəvət olunmasına münasibət bildirib: "Əziyyət çəkib, komandanı Premyer Liqada saxlayıb. Klubda zəhməti var, hörmətsiz şəkildə yola salınması düzgün deyil. Deyirlər Mirça Rednik gəlir. O, yerli baş məşqçilərdən üstün deyil. İllər öncə "Xəzər Lənkaran"da işlədi, nəticə vermədi. İndi onu kim yada salıb? Hələ klubun sponsor məsələsi açıq olaraq qalır. Hamısı maliyyəni gözləyir ki, canavar kimi parçalasınlar. Kim zəmanət verir ki, "Kəpəz" rumıniyalının rəhbərliyi altında növbəti mövsüm daha uğurlu çıxış edəcək? Azər Bağırov işini bilən mütəxəssisdir. Sona 3 tur qalmış bu söhbətlərin yayılması onun işinə təsir göstərməyəcək".
Qeyd edək ki, mətbuatda "Kəpəz"in rumıniyalı mütəxəssislə ilkin razılığa gəldiyi və tərəflərin 3 illik müqavilə imzalaya biləcəyi barədə xəbərlər dolaşır. 63 yaşlı rumıniyalı əvvəllər "Xəzər Lənkəran"ı da çalışdırıb.
İdman.biz