"Araz-Naxçıvan”ın legioneri Felipe Santosun Sportal.az-a müsahibəsi
- “Araz-Naxçıvan” “Qarabağ”la görüşdə məğlub oldu. Sizcə, bu matçda hakim sizə çox mane oldu?
- Bəli. Onlar nə futbolçunu meydandan qovdu, nə də penaltimizi verdilər.
- Həmin görüşü artıq unuda bilmisiz?
-Bəli. Artıq həmin görüş geridə qalıb. Edə biləcəyimiz bir şey yoxdur. Qarşıdakı matçlara fokuslanmışıq.
- “Səbail”lə görüşdə 1:1 hesablı heç-heçə etdiniz. Qələbə qazana bilməməyinizə yorğunçuluq təsir etdi, yoxsa özünə inamsızlıq var idi?
- Çətin oyun idi. Bir neçə gün ərzində çoxlu oyun oynadıq və yorğun idik. Külək də təsirsiz ötüşmürdü. Ona görə də yaxşı çıxış etmədik. Biz vacib 2 xal itirdik.
- “Araz-Naxçıvan” növbəti turda “Sabah”la qarşılaşacaq. Bu matç haqqında nə düşünürsən? “Sabah”ı məğlub edə biləcəksiniz?
- Qalib gəlmək lazımdır, evdə oynayırıq, ona görə də qalib gəlməkdən başqa nəticə yoxdur, Avropaya getmək istəyiriksə, özümüzə meydan oxumalı və matçda qalib gəlməliyik.
- “Araz-Naxçıvan” hazırda 54 xalla 3-cü yerdədir. Yəqin ki, bu yerdə öz yerinizi qoruyub saxlaya biləcəksiniz? Sən buna inanırsan?
- Bu, bizim yeganə məqsədimizdir və əminəm ki, biz bu mövqeyə nail olacağıq.
- Siz də 9 qolla bombardirlər siyahısında 6-cı yerdəsiniz. Birinci yerdə olan Leandro Andradeyə (14 qol) çata biləcəksiniz?
- Çətindir, amma hər şey mümkündür. Amma bu gün mənim fikrim matçda qalib gəlmək və Avropada yerini təmin etmək və bu inanılmaz mövsümü başa vurmaqdır.
İdman.biz