AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri: “Klublar maliyyə sənədlərində xırda çatışmazlıqlar üzərində işləyirlər”

Xəbərlər
1 May 2025 13:44
173
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri: “Klublar maliyyə sənədlərində xırda çatışmazlıqlar üzərində işləyirlər”

“Əlavə edilən bir-iki meyar istisna olmaqla, builki lisenziya qaydalarında ciddi dəyişiklik nəzərdə tutulmayıb”.

Bunu İdman.biz-ə AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov deyib.

O, Azərbaycan futbol klublarının lisenziyalaşdırılması ilə bağlı son duruma aydınlıq gətirib. Məmmədov bildirib ki, hazırda proses yekunlaşmaq üzrədir: “Demək olar ki, işlərin böyük bir qismi tamamlanıb. Son maliyyə sənədləri gəlir. Hazırda klublar sözügedən xırda çatışmazlıqlar üzərində işləyirlər”.

Qrup rəhbəri bildirib ki, I liqada çıxış edən klublar da lisenziyalaşdırma prosesində aktiv iştirak edir: “Artıq müəyyən təcrübə formalaşdığı üçün bu sistemi yaxşı anlayır, prosesə daha məsuliyyətlə yanaşırlar. I liqada yer alan 10 klubun hamısı öz yerini qorumaq üçün lizensiyalaşdırmaya müraciət edib. Premyer Liqaya müraciət edənlərlə bağlı isə say və məlumatları iclas günü açıqlayacağıq”.

Qeyd edək ki, AFFA-nın Lisenziya Komissiyasının iclası mayın 8-də keçiriləcək.

Aytac Sahəd
İdman.biz