Millətlər Liqasının final mərhələsinin yeri bəlli olub.
İdman.biz xəbər verir ki, “Dördlər finalı” formatında təşkil olunacaq oyunlara Almaniya ev sahibliyi edəcək.
Yarımfinallardan biri və final “Arena Münhen”də, digər iki görüş “Ştutqart Arena”da baş tutacaq. Yarımfinalda Almaniya Portuqaliya ilə, İspaniya Fransa ilə görüşəcək.
Qeyd edək ki, yarımfinal mərhələsi iyunun 4-5-də, 3-cü yer uğrunda oyun və final 8-də keçiriləcək.
İdman.biz