"Neftçi" - "Araz-Naxçıvan" oyununun biletləri satışda

Xəbərlər
23 Mart 2025 19:49
89
"Neftçi" - "Araz-Naxçıvan" oyununun biletləri satışda

Misli Premyer Liqasının XXVIII turunun “Neftçi” – “Araz-Naxçıvan” matçının biletləri satışa çıxarılıb.

İdman.biz xəbər verir ki, biletlərin qiyməti 3, 5, 10, 20 və 30 AZN-ə təklif olunur.

Biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

https://iticket.az/.../neftci-pfk-araz-naxcivan.../148354

“Neftçi Arena”nın kassalarında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Qeyd edək ki, martın 29-da keçiriləcək “Neftçi” - “Araz-Naxçıvan” görüşü saat 16:45-də start götürəcək.

İdman.biz