“Sumqayıt”ın futbolçusu Puerto Riko ilə oyunda fərqlənib

Xəbərlər
22 Mart 2025 13:44
129
“Sumqayıt”ın futbolçusu Puerto Riko ilə oyunda fərqlənib

“Sumqayıt”ın futbolçusu Ronaldo Vaskezin çıxış etdiyi Dominikan Respublikası millisi Puerto Riko ilə yoldaşlıq oyunu keçirib.

İdman.biz xəbər verir ki, oyuna ehtiyyatda başlayan yarımmüdafiəçi 2-ci hissədə meydana daxil olub və 1 qol vurub.

Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar bir daha üz-üzə gələcək.

İdman.biz