Harri Keyndən yubiley qolu

Xəbərlər
22 Mart 2025 11:38
77
Harri Keyndən yubiley qolu

Harri Keyn İngiltərə millisində vurduğu qolların sayını 70-ə çatdırıb.

İdman.biz xəbər verir ki, "Bavariya"nın 31 yaşlı forvardı DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Albaniya ilə oyunda (2:0) fərqlənib.

Keyn İngiltərə millisinin tarixində ən məhsuldar futbolçudur. Bu göstəriciyə görə Ueyn Runi 53 qolla ikinci, Bobbi Çarlton isə 49 qolla üçüncüdür.

Qeyd edək ki, Keyn 2015-ci ildən İngiltərə millisində çıxış edir. O, ötən il bu komandada 100 oyun səddini də adlayıb.

İdman.biz