Azərbaycan çempionatında "Zirə" və "Səbail"də çıxış edən edən futbolçular Ruanda yığmasında növbəti oyunlarını keçiriblər.
İdman.biz xəbər verir ki, Ange Mursinzi və İnnosent Nşuti DÇ-2026-nın seçmə mərhələsində Nigeriyaya qarşı forma geyiblər.
Ruanda millisi öz meydanında 0:2 hesabı ilə uduzub. Start heyətində yer alan futbolçulardan Ange 90 dəqiqə mübarizə aparsa da, İnnosent 82-ci dəqiqədə əvəzlənib. Nigeriya yığmasının heyətində hər iki qolun müəllifi Viktor Osimhen olub.
Qeyd edək ki, 5 turdan sonra 7 xal toplayan Ruanda yığması qrupda 3-cü pillədə qərarlaşıb. Komanda növbəti oyunun ayın 25-də Lesotoya qarşı keçirib.
İdman.biz