İspaniya kubokunda yarımfinal CÜTLƏRİ

Xəbərlər
12 Fevral 2025 16:53
134
İspaniya kubokunda yarımfinal CÜTLƏRİ

İspaniya kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.

İdman.biz xəbər verir ki, finala vəsiqələr uğrunda mübarizə aparacaq cütlər müəyyənləşib.

Yarımfinalda “Barselona” “Atletiko” ilə qarşılaşacaq. Digər dueldə “Real Sosyedad”la “Real” üz-üzə gələcək. Görüşlərin vaxtı hələ dəqiqləşməyib.

Qeyd edək ki, 1/4 finalda “Atletiko” “Xetafe”ni 5:0, “Real” “Leqanes”i 3:2, “Barselona” “Valensiya”nı 5:0, “Real Sosyedad” “Osasuna”nı 2:0 hesabı ilə məğlub edib.

İdman.biz