Asensio İngiltərə klubunda

Xəbərlər
2 Fevral 2025 10:17
105
Asensio İngiltərə klubunda

İspaniyalı vinger Marko Asensio mövsümün sonuna kimi icarə əsasında "Aston Villa"da çıxış edəcək.

İdman.biz xəbər verir ki, İngiltərə klubunun bununla bağlı PSJ ilə razılığa gəldiyi bildirilir.

2014-2023-cü illərdə Madrid "Real"ının şərəfini qoruyan Asensio 2023-cü ildən Fransa klubunda çıxış edir. 29 yaşlı futbolçu bu mövsüm PSJ-nin heyətində ümumilikdə 16 oyunda 2 qol vurub.

Qeyd edək ki, Asensio 2016-2023-cü illərdə İspaniya millisinin heyətində 38 matçda 2 dəfə fərqlənib.

İdman.biz