Qvardiola “1000”i yarılayıb

Xəbərlər
30 Dekabr 2024 13:50
184
Qvardiola “1000”i yarılayıb

Pep Qvardiola “Mançester Siti”nin baş məşqçisi kimi 500-cü oyununu keçirib.

İdman.biz xəbər verir ki, ispaniyalı mütəxəssisin yubileyi “Lester”lə matça təsadüf edib.

Qvardiola 2016-cı ildən indiki komandasında çalışır. O, bu müddətdə 18 titul qazanıb.

Qeyd edək ki, Mançester klubu səfərdə 2:0 hesablı qələbə qazanıb.

İdman.biz

Məqalədə: