Fernandu Santuş Birinci Liqanın oyununda

Xəbərlər
11 Dekabr 2024 15:42
193
Fernandu Santuş Birinci Liqanın oyununda

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş hazırda Buzovnada Birinci Liqanın “Baku Sportinq” – “Difai” qarşılaşmasını canlı izləyir.

İdman.biz xəbər verir ki, bu barədə ev sahiblərinin rəsmisi Araz Əhmədov sosial media hesabında paylaşım edib.

Hazırda Azərbaycan futbol ictimaiyyətinin diqqəti Bakıya səfər edən Lionel Messidə olsa da, portuqaliyalı öz işinin başındadır.

Qeyd edək ki, bir müddət əvvəl mediada Fernandu Santuşun milli komandamızdan istefaya göndəriləcəyi ilə bağlı xəbərlər yazılmışdı.

İdman.biz

Məqalədə: