Kurban Berdiyevin istefa xəbərinə “Turan Tovuz”dan CAVAB

Xəbərlər
25 Noyabr 2024 12:43
195
Kurban Berdiyevin istefa xəbərinə “Turan Tovuz”dan CAVAB

Rusiya mətbuatında Misli Premyer Liqasının 14-cü turundan sonra “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyevin klubdan ayrılması xəbəri yalandır.

Bunu İdman.biz-ə Tovuz təmsilçisinin mətbuat xidmətindən açıqlayıblar.

Bildirilib ki, bu xəbər dezinformasiyadan başqa bir şey deyil: “Kurban Berdiyev hazırda klubun bazasındadır və saat 15:00-da “Turan Tovuz”un əvəzedicilərdən ibarət komandasının oyununu izləyəcək”.

Rusiya mətbuatı mütəxəssisin klub rəhbərliyi ilə qalmaqal yaşaması səbəbindən istefa verdiyini yazıb. Hətta onun yerinə "Turan Tovuz"a Dmitri Smirnov, Vasili Berezutski və Aleksandr Naqornının rəhbərlik edəcəyi də qeyd olunub.

“Turan Tovuz” Premyer Liqanın 14-cü turunda “Sabah”la 1:1 hesablı heç-heçə edib.

Emin Ağa
İdman.biz