Fernandu Santuş: “Hazırkı vəziyyətimiz ürəkaçan deyil” - MÜSAHİBƏ

Müsahibə
16 Noyabr 2024 20:39
299
Fernandu Santuş: “Hazırkı vəziyyətimiz ürəkaçan deyil” - MÜSAHİBƏ

“Rəqibin qapıçısı çox yaxşı oyun nümaiş etdirirdi. İlk 20 dəqiqə bərabər səviyyədə keçdi”.

İdman.biz-in Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş deyib.

Təcrübəli mütəxəssis Millətlər Liqasında Estoniyaya ilə 0:0 hesablı heç-heçə ilə bitən oyun haqqında fikirlərini bildirib: “20-ci dəqiqədən sonra yetirmələrim yalnız hücumda idi. Rəqibə heç bir epizod vermədik. Oyunçular əllərindən gələni etdilər ki, qələbə qazansınlar. Çalışdıq cərimə zərbəsindən kənardan, daxildən zərbələr endirək. Amma qol vura bilmədik. Oyunçuların yanaşması tamam fərqli idi. Qələbə qazanmaq istədik. Üzgünük. Oyunçularıma deyə biləcəyim söz yoxdur”.

- D divizionuna düşmək Santuş üçün fərdi bir faciə deyil?

- D diviziona düşək istəmirdik. Amma belə oldu. Son oyunlarda komandanın göstərdiyi oyun onu göstərir ki, düzgün yoldayıq. Hazırkı vəziyyətimiz ürəkaçan deyil.

- 5 oyunda xal itkilərinin səbəbini nədə görürsüz?

- Son 3 oyunda rəqiblərlə müqaisədə daha yaxşı oyanayırıq. Öncəki oyunlarda müdafiədəki səhvlərdən qollar buraxdıq. Bu gün müdafiə səhvsiz oynadı. Bügünkü oyunda çatışmayan qol oldu. Bundan əvvəlki oyunlarda qol vururduq amma səhvlər edirdik.

- Sizcə Rza Cəfərov özünü doğrultdu? Növbəti oyunlarda da onu izləyəcəyik?

- Əminliklə deyə bilərəm ki, qarşıdakı oyunda onu izləyəcəksiz.

- Ramilin oyunu yaxşı alınmadı. Bəs onu əvəzləyəcəksiz?

- Bu sizin fikrinizdir. Ramil pis oynamadı. Fikrinizə hörmətlə yanaşıram.

- Qol böhranının həlli üçün kifayət qədər resusrslar var?

- Növbəti oyunda Mahir Emreli bizimlə olacaq. Renat Dadaşov da zədəlidi bizə kömək edə bilmir. Bu 2 oyunçu çox önəmlidir. Musa Qurbanlı zədə səbəbindən oynamasa da bu gün pis təsir bağışlamadı. Nəriman Axundazadə da var onu da unutmayaq. Təəssüf ki, hücumameyyili oyunçuların çoxu Azərbaycan çempionatında xaricilərdir. Amma buna baxmayaraq çalışacağıq ki, onun üzərində çalışaq. Hücumçular üçun vacib amil qol vurmaqdır. Qol vurduqca onların inamı artacaq.

- Qrup sonuncusu olan milli üçün əcnəbi məşqçi nə qədər doğrudur? Özünüz federasiya rəhbəri olsaydınız belə məşqçi dəvət edərdiniz?

- Məni federasiya rəhbərliyi buna görə gətirməyib. Haqlısız. Amma buna görə dəvət olunmamışam. Bura gəlməkdə məqsədim 2028-ci ildə Avropa çempionatında çıxış etmək üçün komanda qurmaqdır. Mənimlə bu şərt olub. Bu layihənin hissəsi olmaq üçün məni gətiriblər. İnanıram ki, bunu edə bilərik. Başqa məqsəd olsaydı bunun faydası olmazdı.

- Kornerlərdə Bədavi Hüseynovun cərimə meydançasına girməməsinin səbəbi nə idi?

- Bu bizim strategiyamızın tələbi idi. İsveçlə ilə oyunda 3 dəfə onlar cərimə meydançasına daxil olub 2 qol vurdular. Onlar hündürboy olduğu üçn fərqli strategiya seçmişdik.

- Daima ümidlər verirsiz. Biz belə məqşçilər çox görmüşük. Millətlər Liqasında D divizionuna yollanan millinin nəyinə ümid etməliyik?

- Ümid vermirəm. Mən deyirəm ki, bir layihəni icra etməyə gəlmişəm. Bunun da qaydası var. Qarşıdan gələn 4-5 ilə yaxşı mübariz komanda yaratmaqdır. Mən sadəcə olaraq bu layihəyə görə gəlmişəm. Eyni anda da oyunçu yetişdirmək. Çalışırıq hər dəfə daha güclü heyət quraq. Əlimizdə olan heyətə gəncləri də cəlb edək. Bütün dünyada demək olar ki, bu yolu gedirlər. Hər yerdə belədir. İstər Fransa, Portuqaliya istərsə də Gürcüstan. Səbr etməliyik. Bu yoldan çıxmamalıyıq. Nəinki mən, federasiya prezidenti və vitse-prezidenti də bu yolda çalışır ki, Azərbaycan komandası güclü olsun. Başqa yolu odur ki, legionerləri milliləşdirək. Başqa yol yoxdur. Portuqaliya da Avropa çempionu olanda bu yolu keçib. Buna qədər qrupa düşə bilmirdilər. Gürcüstan millisi də 10 il qabaq bu layihə ilə başlayıb. Yavaş-yavaş güclü komandaya çevrildilər. Azərbaycanda da yaxşı, texnikalı futbolçular var. İndi bunu komanda şəklində formalaşdırmağa çalışmalıyıq. Bu yola zərrə qədər şübhəm yoxdur. Başqa yolun yolçusu olsaq stabillik olmayacaq.

- D divizionunda zəif komandalarla oynayacağıq. Bu komandalarla oynasaq dediyiniz layihə nə qədər uğurlu olacaq?

- Millinin görüşləri hər ay keçirilmir. Bundan sonra İsveçlə oyundur. Ondan sonrakı matç may ayına düşür. Hər qələbə milli üçün önəmlidir. Son dəfə Monqolustana qalib gəlmişik. Qələbə tarixdə qalır. Yalnız bu millilərə qarşı oyunlar olmayacaq. Dünya çempionatının, Avropa çempionatının qrup mərhələsində daha güclü rəqiblər olacaq.

Emin Ağa
İdman.biz