"İki fərqli hissə izlədik. Birinci hissədə düzgün düzülə bilmədik. Epizodlarda rəqib daha yaxşı görünürdü. İkinci hissədə düzəlişlər etdik. Daha yaxşı oynadıq".
İdman.biz xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev deyib.
Rusiyalı mütəxəssis Misli Premyer Liqasının 13-cü turunda "Səbail"lə (1:1) görüşün süni örtüklü meydançada oynanmasından şikayət etməyib: "Şərtlər hamı üçün eynidir. Şikayətimiz yoxdur. İkinci hissəni nəzərə alsaq, iki xal itirdik. Aqressiv deyildim, sadəcə, istəyirdim futbolçularım daha tez oynasınlar".
Qeyd edək ki, "Turan Tovuz" son dəqiqələrdə bərabərlik qolunu vuraraq, məğlubiyyətdən qaça bilib.
İdman.biz