Meydan sahiblərinin günü

Xəbərlər
31 Oktyabr 2024 16:49
369
Meydan sahiblərinin günü

Azərbaycan kubokunda II təsnifat mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, son oyun günündə iki matç keçirilib.

Paytaxtdan kənarda baş tutan qarşılaşmalarda I Liqa təmsilçiləri üz-üzə gəliblər. Hər iki görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb. “İmişli” “Cəbrayıl”ı, “Qəbələ” “Baku Sportinq”i mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, 1/8 final mərhələsinin matçları dekabrın 3-4-də keçiriləcək.

Azərbaycan kuboku

II təsnifat mərhələsi
31 oktyabr (cümə axşamı)


14:00. “İmişli” – “Cəbrayıl” - 5:1
Baş hakim: Rövşən Rəcəbov
Şamaxı OİK stadionu

15:00. “Qəbələ” – “Baku Sportinq” - 4:0
Baş hakim:
Nicat İsmayıllı
Qəbələ şəhər stadionu

İdman.biz