Ronaldo yenidən İrana gəlsə, 99 dəfə şallaqlanacaq

Xəbərlər
11 Oktyabr 2023 16:47
285
Ronaldo yenidən İrana gəlsə, 99 dəfə şallaqlanacaq

Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldoya 99 şallaq cəzası kəsilib.

İdman.biz xəbər verir ki, forvard yenidən İrana səfər edərsə, cəza tətbiq olunacaq.

Belə ağır cəzaya səbəb portuqaliyalının davranışı olub. Ronaldo Asiya Çempionlar Liqasının “Persepolis”ə 2:0 hesabı ilə qalib gəldikləri səfər oyunundan sonra iranlı sənətçini qucaqlayıb və öpüb. Bununla da portuqaliyalı ölkədəki ən sərt qanunları pozub.

Qeyd edək ki, əlil olan Fatimə adlı sənətçi portuqaliyalı futbolçunun fanatıdır.

İdman.biz