25 yaşlı qapıçı ürəktutmasından ölüb

Xəbərlər
28 Oktyabr 2024 09:42
375
25 yaşlı qapıçı ürəktutmasından ölüb

MLS-də çıxış edən “Filadelfiya Yunion”nun qapıçısı Holden Trent 25 yaşında vəfat edib.

İdman.biz xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb.

Amerikalı qolkiper ürəktutmasından ölüb. Trent 2022-ci ildən filadelfiyalıların formasını geyinsə də, əsas komandada debüt etməyib.

Qeyd edək ki, Qərb konfransında yer alan “Filadelfiya Yunion” MLS-də mövsümü 12-ci pillədə tamamlayıb.

İdman.biz

Məqalədə: