İspaniyanın “Barselona” futbol klubu müdafiə xəttini gücləndirmək üçün İngiltərənin “Mançester Siti” komandasının portuqaliyalı futbolçusu Ruben Diaşla maraqlanır.
İdman.Biz “El Nacional” nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubunun idman direktoru Deko 29 yaşlı müdafiəçinin transferini dəstəkləyir.
Futbolçunun təxminən 50 milyon avroya (93 milyon AZN) transfer oluna biləcəyi bildirilir.
“Barselona”nın müdafiə xətti üçün əsas namizədləri İtaliyanın “İnter” klubundan Alessandro Bastoni və Dortmund “Borussiya”sından Niko Şlotterbekdir. Lakin Diaş da ciddi alternativ kimi nəzərdən keçirilir.
Transfer qarşısındakı əsas maneələrdən biri baş məşqçi Hansi Flikin solaxay mərkəz müdafiəçisinə üstünlük verməsidir.
Portuqaliyalı futbolçunun isə karyerasını İspaniya çempionatında davam etdirmək fikrinə müsbət yanaşdığı iddia olunur.
