“Oyuna daha yaxşı başlaya bilərdik. Amma toparlanaraq işimizi gördük”.
İdman.biz xəbər verir ki, bunu “Tottenhem”in futbolçusu Dominik Solanke deyib.
Hücumçu Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”a 3:0 hesabı ilə qalib gəldikləri matçı şərh edib. O bildirib ki, qələbəyə rəğmən görüş onlar üçün çətin keçib: “Uşaqlar əzmkarlıq göstərdilər və komandamıza xas olan ruhu nümayiş etdirdilər. Matçın yerli vaxtla 20:00-da başlayacağına köklənmişdik. Amma məlum səbəblərdən gecikmə oldu. Oyun öncəsi məşqi hissələrə böldük. Matçın gecikməsini və qırmızı vərəqəni nəzərə alsaq, çətin axşam oldu”.
Qeyd edək ki, Solanke komandasının 3-cü qolunun müəllifi olub. O, 68-ci dəqiqədə fərqlənib.
İdman.biz