Azərbaycan millisi dünya çempionatında

Xəbərlər
23 Avqust 2024 17:49
240
Azərbaycan millisi dünya çempionatında

23 yaşadək minifutbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatında iştirak edəcək.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının (AMF) mətbuat xidməti açıqlayıb.

Xorvatiyada təşkil olunacaq yarışda 12 komanda mübarizə aparacaq. Millimiz və meydan sahibləri ilə yanaşı, Kolumbiya, Yaponiya, İngiltərə, Çexiya, Slovakiya, Serbiya, Misir, Hindistan, İraq və Mavritaniya yığmaları dünya çempionatına qatılacaq.

Qeyd edək ki, mundial oktyabrın 7-10-da keçiriləcək.

İdman.biz