Braziliyada polis futbolçuya atəş açıb - FOTO - VİDEO

Xəbərlər
11 İyul 2024 13:25
703
Braziliyada polis futbolçuya atəş açıb - FOTO - VİDEO

Braziliyanın həvəskar futbol liqasında oyun zamanı xoşagəlməz hadisə baş verib.

İdman.biz xəbər verir ki, matçın gedişində oyunçuları arasında yaranan münaqişəni sakitləşdirməyə çalışan polis əməkdaşı gözlənilməz addım atıb.

O, futbolçunun ayağına atəş açıb. Xoşbəxtlikdən polis məmuru bunu rezin güllələr olan silah ilə edib. Görüntülər anbaan həvəskar kamera ilə lentə alınıb.

İdman.biz

Məqalədə: