Rauf Əliyev Prosineçki ilə problemlər yaşayıb: “Peşman olduğum bir qərar olub” - VİDEO

Müsahibə
15 İyun 2024 11:03
733
Rauf Əliyev Prosineçki ilə problemlər yaşayıb: “Peşman olduğum bir qərar olub” - VİDEO

“Millətlər Liqasında oynayan ölkələr bizimlə eyni gücdədirlər. Hətta bir qədər aşağı olanlar da var”.

Bunu “İdman Bizdə” verlişinin qonağı olan Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev deyib.

Veteran hücumçu yığma karyerasında az qol vurmasının səbəblərini açıqlayıb: “Millətlər Liqasında daha çox qol vurmaq mümkün idi. Biz Avropa və dünya çempionatlarının seçmə mərhələlərində qrupda reytinqə görə ən zəif olurduq. Həmin tskillərdə 4 və ya 5 qol vururduq ki, o da hərənin payına ən yaxşı halda 1 qol düşürdü. Qol sayını artırmaq çox çətin idi. Ən yaxşı dövrümdə “İnter”də bombardirlik uğrunda mübarizə aparan vaxtı millinin sabiq baş məşqçisi Robert Prosineçki ilə problemlərim var idi. Məni tək-tük halda yığmaya çağırırdı. O vaxt oynasaydım, qol sayım daha da yuxarı olardı”.

Əliyev bildirib ki, futbolçu karyerasının uğurlu alındığını düşünür: “Yaxşı klublarda oynamışam. Milli komanda üçün əlimdən gələni etmişəm. Ətrafdan gələn rəylərdən görürəm ki, ən azından millidə də əziyyətim olub. Peşman olduğum bir qərar olub, amma bunu ən yaxın ətrafım bilir. Bu komanda seçimi ilə bağlı olub”.

Qeyd edək ki, Rauf Əliyev Azərbaycan millisinin heyətində meydana çıxdığı 47 oyunda 7 qol vurub.

Emin Ağa
İdman.biz

Məqalədə: