"Zirə"nin baş məşqçisi çempionatda klub sayının artmasından məmnun qalıb

Xəbərlər
12 Sentyabr 2025 23:59
44
"Zirə"nin baş məşqçisi çempionatda klub sayının artmasından məmnun qalıb

Komanda sayının artması çempionata böyük maraq qatdı.

İdman.biz bildirir ki, bu sözləri Misli Premyer Liqasında "Qarabağ"la 1:1 hesabı ilə qurtaran oyundan sonra "Zirə"nin baş məşqçisi Rəşad Sdaıqov deyib.

"Komanda sayının artması gözlədiyimizdən də tez effekt verdi. Bütün oyunlar rəqabətli keçir. I Liqadan gələnlər də yaxşı komanda formalaşdırdılar. Yeganə məqam infrasturktur qalıb. Qısa müddətdə o da həllini tapar. Liqamız necə maraqlı başlayıb, elə də davam edər", - Sadıqov vurğulayıb.

İdman.biz