“Qarabağ”dan 8-ci kubok, "Zirə"nin revanşı alınmayıb - VİDEO

Xəbərlər
2 İyun 2024 21:58
2 658
“Qarabağ”dan 8-ci kubok, "Zirə"nin revanşı alınmayıb - VİDEO

Bu gün Azərbaycan kubokunun final oyunu keçirilib.

İdman.biz xəbər verir ki, 2023/24 mövsümünün son matçı "Liv Bona Dea Arena"da baş tutub.

Premyer Liqanın iki ən yaxşı komandası titul uğrunda mübarizə aparıb. 3 qolun vurulduğu oyunda "Qarabağ" "Zirə"ni 2:1 hesabı ilə məğlub edib.

8-ci dəfə kuboku başı üzərinə qaldıran "Qarabağ" həm də "Qızıl dubl"a imza atıb. "Zirə" isə 3 il əvvəlki finalın revanşını ala bilməyib.

Qeyd edək ki, qarşılaşmadan öncə Aygün Kazımovanın iştirakı ilə şou proqramı təşkil olunub.

Azərbaycan kuboku
Final
2 iyun
20:00. "Qarabağ" – "Zirə" - 2:1
Qollar:
Olavio Juninyo, 42. Abdullah Zubir, 62 - İsmayıl İbrahimli, 57
Hakim: Rəvan Həmzəzadə,
"Qarabağ": 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
"Zirə": 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 5. Stefan Aka, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Məmməd Hüseynov, 17. Araz Abdullayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 24. Sezar Meza Kolli, 70. İssa Cibrila, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma
Baş məşqçi: Rəşad Sadıqov
"Liv Bona Dea Arena"

İdman.biz