Türkiyə millisinin baş məşqçisinin Azərbaycanla oyun üçün İSTƏYİ

22 May 2024 13:42
703
Türkiyə millisinin baş məşqçisinin Azərbaycanla oyun üçün İSTƏYİ

“İsveçrə və Macarıstanın gözü-qulağı bizim Azərbaycana qarşı oyunumuzda olacaq. Bizi çox yaxından izləyirlər”.

İdman.biz xəbər verir ki, bunu qadınlardan ibarət Türkiyə millisinin baş məşqçisi Necla Güngör Kıraqası deyib.

“Ay-ulduzlular”ın çalışdırıcısı AVRO-2025-də Azərbaycana qarşı keçiriləcək oyunlardan öncə fikirlərini açıqlayıb. O bildirib ki, bu qarşılaşmalar onlar üçün çox vacibdir: “Azərbaycana qarşı matçlar qrupdakı ən qiymətli görüşlərdəndir. Səbəbi isə hər 2 oyunda qalib gəlsək, pley-offa yüksələcəyik. Son 2 görüşdən öncə bunu rəsmiləşdirəcəyik. Bu səbəbdən bizim üçün çox qiymətli olan bu 2 oyunda qalib gəlmək istəyirik”.

Qeyd edək ki, Türkiyə - Azərbaycan matçı mayın 31-də keçiriləcək. Cavab qarşılaşması isə iyunun 4-də Bakıda baş tutacaq.

İdman.biz