İngiltərə Premyer Liqasına yüksələn komandalardan biri bəlli olub.
İdman.biz xəbər verir ki, "Lester" bir ildən sonra yüksək dəstəyə qayıdıb.
"Tülkülər" Çempionşipdə ilk iki yerdən birini təmin edib. Buna "Lids"in KPR-ə 0:4 hesabı ilə uduzması səbəb olub.
Qeyd edək ki, Çempionşipin lideri olan "Lester"i yalnız "İpsviç" keçə bilər. "Tülkülər" aprelin 29-da "Preston"a qalib gəlsə, 1-ci yeri də təmin edəcək. "İpsviç" bu gün xal itirsə, çempionluq şansı bitəcək.
İdman.biz