“Qalatasaray” Şahruddini 3 dəfə məyus edib - VİDEO

Xəbərlər
26 Aprel 2024 23:47
“Qalatasaray” Şahruddini 3 dəfə məyus edib - VİDEO

Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqasında məğlub olub.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi “Adana Dəmirspor” öz meydanında “Qalatasaray”a uduzub.

34-cü turun matçında 3:0 hesabı qeydə alınıb. Bütün qollar fasilədən sonra vurulub. Şahruddinin qoruduğu qapını Ziyeş, Demirbay və İkardi dəqiq nişan alıblar. Bu qələbədən sonra “Qalatasaray” 93 xal toplayıb. “Adana Dəmirspor”un hesabında 41 xal var.

Qeyd edək ki, Məhəmmədəliyevin komandası növbəti turda autsayder “İstanbulspor”un qonağı olacaq.

İdman.biz