Çempion 3 xalı 4 qolla qazanıb - VİDEO

Xəbərlər
26 Aprel 2024 01:03
Çempion 3 xalı 4 qolla qazanıb - VİDEO

İngiltərə Premyer Liqasında 29-cu turun oyunlarına yekun vurulub.

İdman.biz xəbər verir ki, son matçda "Mançester Siti" qələbə qazanıb.

Son çempion səfərdə "Brayton"un qapısından 4 cavabsız top keçirib. Fil Foden dubl edərək, 3 xalın qazanılmasında böyük pay sahibi olub. "Mançester Siti" 76 xalla 2-ci pilləyə yüksəlib. Ehtiyatda 1 oyunu olan "şəhərlilər" lider "Arsenal"dan 1 xal geri qalırlar.

Qeyd edək ki, "Brayton"un qələbəsiz oyunlar seriyası 5-ə yüksəlib.

İngiltərə Premyer Liqası
29-cu turun oyunu

"Brayton" – "Mançester Siti" – 0:4

İdman.biz