Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarının nəticələrinə əsasən, həftənin simvolik komandası bəlli olub.
İdman.biz xəbər verir ki, “WhoScored” portal tərəfindən hazırlanan komandaya “Borussiya”nın 4 futbolçusu daxil edilib.
Dortmund klubu 1/4 finalda güclü “Atletiko”nu mübarizədən kənarlaşdırıb. Səfərdə “Barselona”nı 4:1 məğlub edən PSJ-nin isə 3 futbolçusu heyətdə yer alıb.
Qeyd edək ki, Çempionlar Liqasında növbəti mərhələyə "PSJ", "Borussiya”, "Bavariya" və "Real" klubları çıxıb. Yarımfinal mərhələsinin ilk oyunları aprelin 30-da və mayın 1-də, cavab görüşləri isə 7-8-də keçiriləcək.
ÇL-in simvolik heyəti:
Qapıçı: Andrey Lunin (“Real”).
Müdafiəçilər: Yan Matisen (“Borussiya”), Naço Fernandes (“Real”), Erik Dayer, Joşua Kimmix (hər ikisi “Bavariya”).
Yarımmüdafiəçilər: Bredli Barkola (PSJ), Yulian Brandt , Marsel Sabitzer (hər ikisi “Borussia”).
Hücumçular: Ousman Dembele, Kilyan Mbappe (hər ikisi PSJ) və Niklas Fullkruq (“Borussiya”).
İdman.biz