“Spartak”ın sabiq futbolçusu: “Azərbaycan millisi öz komandamızdır”

Xəbərlər
28 Mart 2024 17:18
“Spartak”ın sabiq futbolçusu: “Azərbaycan millisi öz komandamızdır”

“Stanislav Çerçesovun ölkə xaricində iş təcrübəsi də var. Azərbaycan millisi öz komandamızdır”.

İdman.biz xəbər verir ki, bunu Moskva “Spartak”ının sabiq futbolçusu və baş direktoru Sergey Şavlo deyib.

Rusiya mətbuatına açıqlama verən futbol veteranı Stanislav Çerçesovun Azərbaycan millisinin baş məşqçisi postuna namizəd olmasına münasibət bildirib: “Azərbaycan əvvəl SSRİ-nin tərkibində olub. Stanislav da orda oynayıb. Yığma səviyyəsində məşqçilik etmək Çerçesov üçün yaxşı variantdır. Klublarda, Rusiya millisində də işləyib. Uğurları da var”.

Qeyd edək ki, Çerçesovun Azərbaycan millisinin baş məşqçisi postuna üç namizəddən biri olduğu bildirilir.

İdman.biz

Məqalədə: