Ronaldonun 2,5 milyon avroluq yeni avtomobili – FOTO

Xəbərlər
28 Mart 2024 15:57
Ronaldonun 2,5 milyon avroluq yeni avtomobili – FOTO

Avtomobil həvəskarı olan Kriştiano Ronaldo kolleksiyasına daha birini əlavə edib.

İdman.biz xəbər verir ki, o, Portuqaliyada “Ferrari Daytona SP3” markalı yeni avtomobili ilə diqqət çəkib.

Nəqliyyat vasitəsinin qiymətinin 2,5 milyon avro olduğu deyilir. Bu markalı avtomobildən cəmi 599 ədəd istehsal olunub. 840 at gücünə malik olan avtomobil 100 km/saatı 2,85 saniyəyə sürətlənir.

İdman.biz