AVRO-2024: Gürcüstan, Ukrayna və Polşa final mərhələsində - VİDEO

Xəbərlər
27 Mart 2024 02:27
AVRO-2024: Gürcüstan, Ukrayna və Polşa final mərhələsində - VİDEO

AVRO-2024-ün pley-off mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, Almaniyada keçiriləcək turnirin son üç iştirakçısı A, B və C yolu üzrə final görüşlərində bəlli olub.

Pley-offun final mərhələsində Uels Polşanı qəbul edib. Polyaklar 11 metrlik zərbələr seriyasında qalib gəliblər. Ukrayna İslandiya ilə görüşdə əzmkar qələbə qazanıb. Məğlub vəziyyətə düşən ukraynalılar fasilədən sona 2 qol vurublar.

Qonşu Gürcüstan isə Yunanıstanla qarşılaşıb. 120 dəqiqə ərzində qalib müyyən olunmadığı üçün penalti zərbələrinə ehtiyac olub. Daha dəqiq olan Gürcüstan yığması tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edib.

AVRO-2024-ün pley-offu

Final
26 mart
A yolu

23:45. Uels – Polşa - 0:0, 0:0, pen. 4:5

B yolu
23:45. Ukrayna – İslandiya - 2:1

Qollar: Tsıqankov, 53. Mudrik, 84 - Qudmundsson, 30

C yolu
21:00. Gürcüstan – Yunanıstan - 0:0, 0:0, pen. 4:2

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

İdman.biz

Məqalədə: