Bolqarıstan millisinin hücumçusu: “Onların “Bayer”ə qarşı necə oynadıqlarını gördük”

Müsahibə
23 Mart 2024 14:04
844
Bolqarıstan millisinin hücumçusu: “Onların “Bayer”ə qarşı necə oynadıqlarını gördük”

“Azərbaycan daha ciddi komandadır”.

İdman.biz xəbər verir ki, bunu Bolqarıstan millisinin futbolçusu Aleksandar Kolev deyib.

31 yaşlı hücumçu Azərbaycanla oyun öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, komandamızı yaxşı təhlil ediblər: “Azərbaycan yığmasının yarısı “Qarabağ”da oynayır. Onların “Bayer”ə qarşı necə oynadıqlarını gördük. Hər şey özümüzdən asılıdır. Ümid edirəm ki, Tanzaniya üzərində qələbə bizdə bir az da inam yaradacaq. 1,5 il idi ki, qalib gəlmirdik. Təbii ki, yük hamının üzərinə düşür. Çox yaxşı oyunçularımız var. Qələbəyə və yaxşı oyuna ümid edirik”.

Qeyd edək ki, Bolqarıstan bir gün öncə Bakıda “FİFA series – Edition 2024”də Tanzaniyanı 1:0 hesabı ilə məğlub edib. Balkanlılar Azərbaycanla isə martın 25-də oynayacaq.

İdman.biz

Məqalədə: