Polşalılar Rahil Məmmədova ad verib - “Müdafiənin lideri”

Xəbərlər
18 Mart 2024 15:39
252
Polşalılar Rahil Məmmədova ad verib - “Müdafiənin lideri”

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşa çempionatında uğurlu çıxışını davam etdirir.

İdman.biz xəbər verir ki, 29 yaşlı müdafiəçi LKS-in heyətində keçirdiyi son matçda da özündən söz etdirib.

O, son çempion “Rakuv”la qarşılaşmada xoş təsir bağışlayıb. Polşa mətbuatı onun oyununu yüksək qiymətləndirib: “Rahil yaxşı oyun keçirdi. O, Polşa çempionu ilə matçda Lodz klubunun müdafiəsinin lideri idi”.

Qeyd edək ki, çempionatın autsayderi olan LKS ev oyununda bir xal qazanıb – 1:1.

İdman.biz

Məqalədə: