Yeni Avropa tarixi – MÜƏLLİFLƏR

Xəbərlər
17 Mart 2024 11:12
692
Yeni Avropa tarixi – MÜƏLLİFLƏR

“Qarabağ”ın hər mövsümdə avrokuboklarda uğurlu çıxış etməsi, futbol tariximizi ilklərlə zənginləşdirməsi neçə illərdir adi hala çevrilib.

İdman.biz xəbər verir ki, cari, artıq bizim üçün başa çatan mövsüm əvvəlkilərdən fərqli olub.

Qurban Qurbanov və komandası bu dəfə tarixə yeni səhifələr əlavə etməklə kifayətlənib, sanki “Yeni Avropa tarixi” kitabını yazıb. Avropa Liqasının qrup mərhələsində imza atılan ilklər və rekordlar pley-off və 1/8 finala vəsiqə qazanılması ilə daha da zənginləşib.

Çempionlar Liqasından başlayan və 20 oyunu əhatə edən bu yolda “Qarabağ”ı uğura 25 futbolçu daşıyıb. Onlardan bəziləri artıq komandada olmasa da, bəziləri sonradan qoşulsa da, tarix yazılmasında əməyi olub.

Bu 25 futbolçudan dördü daha çox – 18 matçda iştirak edib. Abdullah Zubir dəqiqə baxımından meydanda daha çox olub. Marko Yankoviç, Leandro Andrade və Yassin Benzia da yalnız iki qarşılaşmada komandaya kömək etməyiblər.

Elvin Cəfərquliyevlə Toral Bayramov bir matç az keçiriblər. Elvin oynamadığı üç matçdan birini aldığı qırmızı vərəqələr üzündən buraxıb.

Komandanın Avropadakı qollarına 11 fərqli futbolçu imza atıb. Olavio Juninyo 6 dəfə fərqlənməklə klubun bombardiridir. Redon Cicanın aktivində 5 top var.

Qeyd edək ki, mövsümə Çempionlar Liqasının I təsnifat mərhələsindən başlayan “Qarabağ”ın finişi Avropa Liqasının 1/8 finalında olub.

futbolçular

o

d

q

sv

qv

Abdullah Zubir

18

1620

4

1

0

Marko Yankoviç

18

1591

2

4

0

Leandro Andrade

18

1469

4

2

0

Yassin Benzia

18

1271

4

1

0

Elvin Cəfərquliyev

17

1435

0

2

2

Toral Bayramov

17

875

3

2

0

Julio Romao

16

1454

0

7

0

Bəhlul Mustafazadə

16

1424

2

2

0

Olavio Juninyo

15

889

6

2

0

Redon Cica

14

633

5

2

0

Kevin Medina

13

1071

1

4

0

Hamidu Keyta

13

195

0

0

0

Bədavi Hüseynov

12

706

0

0

0

Patrik Andrade

12

269

0

2

0

Nəriman Axundzadə

12

165

1

0

0

Andrey Lunyov

10

925

-18

1

0

Mateus Silva

10

434

1

1

0

Marko Vesoviç

8

675

0

3

1

Maksim Medvedev

7

137

0

1

0

Şahruddin Məhəmmədəliyev

6

540

-7

1

0

Adama Diakabi

4

38

0

0

0

Luka Quqeşaşvili

3

185

-2

1

0

Riçard Almeyda

3

16

0

1

0

Aleksey İsayev

2

5

0

0

0

Qara Qarayev

1

3

0

0

0

O – oyun, D – dəqiqə, Q – qol, SV – sarı vərəqə, QV – qırmızı vərəqə

Vüqar Xeyrullayev
İdman.biz